Adnan Oktar: Şeytandan Allaha sığınıram. Rəhman Rəhim olan Allahın adıyla. "Əlif. Lam. Ra. Bu, açıq-aydın Kitabın ayələridir". Cənabı Allah, tez-tez Quranın açıq-aşkar olduğunu söyləyir ki, müşriklər azğın yollara getməsin, öz-özlərinə uydurmalar, xurafatlar çıxarmasın deyə Allah tez-tez Quranın açıq olduğunu bəyan edib onların o yolunu bağlayır.
"Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz". Cənabı Allah yəni 'ağlınızı işlədə biləsiniz, hikmətlərini düşünə, detalları görə biləsiniz deyə ərəbcə Quran olaraq nazil etdik' deyir. Amma düşünməsən tapa bilməzsən, anlaya bilməzsən. "başa düşə biləsiniz" deyir. Demək ki, hər kəs ayrı-ayrılıqda Quranı düşünməlidir. 'Məni maraqlandırmaz, mən hazır olanı istəyirəm' demək olmaz mütləq araşdırmalıdır.
"Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl xəbəri həqiqi bir xəbər olaraq danışırıq". Hər hansı bir xəbər deyil, bax Cənabı Allah, "ən gözəl xəbərləri həqiqi bir xəbər olaraq danışırıq" deyir. Məsələn, bir çox yerdə nəql olunmalar vardır, amma çoxu xurafatdır, doğru deyil. Amma Allah nə deyir? "Həqiqi bir xəbər olaraq". Məsələn, biz qəzetlərdə bir xəbər oxuyuruq, həqiqimi deyilmi şübhə edirik. Amma Quran üçün nə deyir Cənabı Allah? "Həqiqi bir xəbər" deyir. Qüsursuz düzlükdə, o xəbər mütləq düzdür. Verilən xəbərdə ən kiçik bir səhv yoxdur, tam doğrudur.
"Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin". Yəni, 'sən bu qeyb məlumatını bilmirdin' deyir. Bilinən hər hansı bir mövzu da deyil, yəni Allah 'xüsusi bir məlumatdır' deyir.
"Bir zaman Yusif atasına dedi: "Atacan!"" Bax burada Allah müraciət formasını da öyrədir. "Atacan!" deyə müraciət edilməlidir.
"Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm". On bir ulduz, Günəşi də əlavə etsək on iki. Avropa Birliyinin bayrağında neçə ulduz var? On iki. İslam ölkələrinin bayraqlarında həmişə ulduz vardır, Günəş vardır, Ay vardır. Bu nədir? Dünya hakimiyyəti. Baxın bayraqlara, hamısında görəcəksiniz, ya ulduz vardır, ya Günəş və yaxud Ay. Məsələn, Türk bayrağında həm ay, həm ulduz var. İslam ölkələrinin çoxunda ay və ulduz, bir çoxunda Günəş vardır. Buradakı ifadə həm dünya hakimiyyətinə işarə edir, həm də Avropa Birliyinin Mehdiyətin əmrinə girəcəyini buradan anlayırıq, Quran buna işarə edir.
"O dedi: "Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir"". Bir şey həqiqi də olsa, əgər qısqanacaqlarsa, həsəd edəcəklərsə onun gizli tutulmasında fayda vardır. "Yoxsa sənə hiylə qurarlar" Başqasını qısqandıracaq, həsəd etdirəcək şeyin gizli tutulması daha yaxşı olar. Çox yaxını belə olsa, əgər həsəd edəcəklərsə söyləməməkdə fayda var. "Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir" 'Şeytan çox rahat təhrik edə bilər' deyir, Cənabı Allah 'o hərəkət adamın ağılına gəlməsə belə şeytan təhrik edə bilər' deyir.
"Beləcə, Rəbbin səni seçəcək" Peyğəmbər olduğu üçün vəhy yolu ilə bildirir. Bu bilinəcək bir şey deyil, xüsusi vəhy məlumatı tələb edir. 'Səni seçəcək, səni Mehdi edəcək' deyir. "Sənə sözləri yozmağı öyrədəcək". Yəni, 'Allahın çox gözəl hökmlərini izah etməyi sənə öyrədəcək. Allah çox gözəl natiqliyin olacaq, gözəl bəlağətli, məqsədəuyğun, doyurucu danışma gücün olacaq' deyir.
"Və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır". Hz. Yaqub (ə.s.) ailəsinin nemətinin tamamlanması nədir? Hz. Mehdi (ə.s.) vəsiləsiylə ən sonda İslamın dünyaya hakimiyyətidir. Çünki hz. Mehdi (ə.s.) da hz. Yaqub (ə.s.) ailəsindən, İsrail oğullarının soyundandır, hz. Davud (ə.s.)- ın soyundandır. Onun üçün Peyğəmbərimiz (s.ə.v.) hz. Mehdi (ə.s.)-ı təsvir edərkən "İsraili görünüşündədir" deyir . Bu haqda 10 -dan çox hədis var, "cismi İsraili" deyir, yəni görünüşü İsraili görünüşündədir.
Cənabı Allah: "Yaqub nəslinə də nemətini tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir" deyir, "Sözsüz ki, Yusif və onun qardaşlarının həyatında soruşanlar üçün ibrətlər vardır" Yəni ibrətlər, Axır zamana işarədir, o dövrdə yaxud hansı dövrdə olursa olsun insanlara mənəvi işarələr vardır.
"Bir vaxt onun qardaşları dedilər: "Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir"". Yobazların hz. Mehdi (ə.s.)-a qarşı olmalarının səbəbi nədir? Qısqanclıq. Buradakı hadisə nədir? Qısqanclıq. Nə deyirlər? "Yusif və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir". 'Atamız daha çox sevir' deyirlər. Sevgi üzərinə olan qısqanclıqlar çox təhlükəlidir. Bunların bir çoxunda cinayətlər meydana gəlir, döyüşlər meydana gəlir, xeyli bəlalar çıxır. Qəzetdəki xə