ADNAN OKTAR: Zuxruf surəsi, 61: "Həqiqətən hz. İsa (ə.s) (-ın yer üzünə enməsi) qiyamət-saatı üçün bir elmdir (əlamətdir).” Sərbəst qiraətdə (oxunuşda) son ayə kərimədəki “elm” sözü aləm kimi oxunmuşdur. Buna görə “aləm” sözü-“əlamət” mənasındadır. Yəni “hz. İsa (ə.s)-ın qiyamət üçün bir əlamət” olduğunu ifadə edildiyi bildirilir, inşaAllah.
"Üç il şiddətli bir qıtlığın hökm sürməsi", yəni yağışların yağmaması, hz. Mehdi (ə.s)-ın çıxış əlamətidir. Üç il nə dedilər? "Qlobal istiləşmə oldu" dedilər, üç il qalmaqal, gecə-gündüz qlobal istiləşmə, Allahın onlara qlobal istiləşmə deyə dedirtdiyi bu hadisədir, üç il şiddətli yağışların kəsilməsidir. Əvvəllər bu cür danışmadılar. Gecə-gündüz böyük bir təşvişlə, hətta hökumət belə, "Y